306
11:22
26 İyul 2019

Metroda qatarlar boşaldıldı - SƏBƏB

"Qara Qarayev metrosundakı qatarda texniki nasazlıq baş verib".
Bu barədə Lent.az -a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, nasazlıq yaranan qatardan sərnişinlər boşaldılıb:
"Daha sonra qatar depoya gedib. Ehtiyat tədbiri kimi arxadan hərəkət edən qatar köməkçi qatar kimi hazırlanıb. Belə halda köməkçi qatardan da sərnişinlər düşürülür. Lakin köməkçi qatara ehtiyac olmayıb. Nasaz qatar sərbəst şəkildə xətti tərk edib. Bu zaman isə iki qatar arasında 11 dəqiqəlik interval yaranıb".