510
11:24
26 İyul 2019

Bakıda daha bir dayanacaq problemi - FOTO

3-cü mikrorayon dairəsinin yaxınlığında, Cavadxan küçəsində yerləşən sərnişin dayanacağındakı oturacaq xeyli müddətdir yararsız vəziyyətə düşmüşdü.

Bunu Lent.az -ın müxbirinə həmin dayanacaqdan hər gün istifadə edən sərnişinlərdən biri deyib.

O bildirib ki, yaşlı, uşaqlı sərnişinlər gəlib oturmaq istəsələr də, oturacaq əyri olduğundan ayaq üstündə durmağa məcbur qalırdılar.

Sakin artıq bir həftədir həmin dayanacağın, ümumiyyətlə sınıb yerə düşdüyünü və aidiyyatı qurumların diqqətindən kənar qaldığını bildirib.

Daynacağın fotolarını təqdim edirik.