226
19:44
25 İyul 2019

İtinin hesabına milyonçu oldu

Amerikanın Şimali Karolina ştatının Henderson şəhər sakini itin sayəsində lotereyada cekpot udub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 20-də Moyses Duarte şi-tsu it cinsini Darem şəhərindəki bacısıgilə aparıb və sonra Buy Quick Food Mart mağazasına gedib. Kişi oradan 10 dollar verərək Red Hot Million lotereya bileti alıb və bu, ona milyon dollarlıq uduş qazandırıb.
Qalib qeyd edib ki, məhz ev heyvanının sayəsində milyonçu olub. “Əgər itimi bacımgilə aparmasaydım, lotereya bilet almazdım”, - bəxti gətirən amerikalı söyləyib.