201
17:20
25 İyul 2019

Yeni dərs ili üçün çap edilən dərsliklərin sayı açılanıb

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, dərsliklərin avqustun 25-dək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.