209
13:04
25 İyul 2019

Bu qanunsuzluğu edib müəllim olmaq istədi

Müəllimlərin işə qəbulu üzrə keçirilən test imtahanına başqasının şəxsiyyət vəsiqəsi ilə daxil olma cəhdləri qeydə alınıb.

Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə bildirib ki, ümumillikdə yol verdikləri qayda pozuntularına görə 33 nəfərin imtahan nəticəsi ləğv olunub: “Ən çox qayda pozuntuları köçürməyə cəhd etmə, yanında oturan namizədlə ilə danışmaqla bağlı olub. Başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd edən də olub. Bunun qarşısı alınıb. Bəzi hallarda namizədlərin imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri də olub. Ümumillikdə imtahan qaydalarını pozan 33 nəfərin imtahan nəticəsi ləğv olunub”.