184
12:34
25 İyul 2019

İşə qəbul imtahanlarında səhv sualların sayı açıqlandı

“Müəllimlərin işə qəbulu üzrə imtahanlardakı sualların yoxlanılması zamanı ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən olunub. Bu suallar ümumi sualların 0,54 faizini təşkil edib”.
Lent.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib.
Onun sözlərinə görə, texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur.
“İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdısa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlardan olan qüsur izah olunacaq”, - M.Camalzadə vurğulayıb.