Aygün Brillianta cavab verdi - <span style="color:red;">QALMAQAL DAVAM EDİR
25 iyul 2019 11:26 (UTC +04:00)

Aygün Brillianta cavab verdi - QALMAQAL DAVAM EDİR

Bir müddət öncə xalq artisti Brilliant Dadaşovanın Aygün Kazımova barəsində dediyi sözlər cavabsız qalmayıb.

Lent.az-ın məlumatına görə, A.Kazımova səhnədə mahnı igfa edən zaman çəkilən videosunu sosial şəbəkədə paylaşaraq,  “Siz olan yer toydur, biz olan yer səhnədir” , - şərhini qeyd edib. Bir çoxları isə xalq artistinə “Brillianta yaxşı cavab verdiniz” şərhini yazıblar.

Qeyd edək ki, B.Dadaşova mərhum müğənni Mirzə Babayevin ad gününü təbrik edən zaman A.Kazımovaya söz atmışdı: “Yaxşı ki, Mirzə Babayev bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan satın alınan bəzi magazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”.

 

# 1943
avatar

Yalçın UĞUR

Oxşar yazılar