360
09:54
25 İyul 2019

Lent.az yazdı, uçan dayanacaq düzəldi

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü külək səbəbindən yararsız vəziyyətə düşən dayanacaq bərpa edilib.
Lent.az -ın məlumatına görə, sözügedən ərazidə əvvəlcədən yararsız vəziyyətə düşən dayanacaqlar isə götürülüb.
Qeyd edək ki, dünən bu məsələ saytımızda işıqlandırılıb. Sözügedən ərazidə biri köhnə olmaqla iki dayanacaq var idi. Güclü külək səbəbindən hər iki dayanacaq yararsız vəziyyətə düşmüşdü.