290
09:09
25 İyul 2019

Bakıda güclü tüstü axını - SƏBƏB

İyulun 24-ü saat 19:20 radələrində Neft Emalı zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.
Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ETSN-nin Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda müşahidə və monitorinq aparıb.
“Məlum olub ki, tüstü axını zavoddakı istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.