216
19:56
24 İyul 2019

Müdafiə xərcləri artırılıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
APA -nın məlumatına görə, dəyişikliyə əsasən, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərcləri 3.037.618.152 manatdan 3.187.618.152 manata qaldırılıb.
Eyni zamanda, 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 27 155 796,1 min manatdan 27 370 796,1 min manata qaldırılıb.