1608
16:47
24 İyul 2019

Moruq mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “SEVİMLİ DAD.vloglar” adı ilə məşhur olan səhifəyə istinadla moruq mürəbbəsinin resepti ilə tanış edəcəyik.
Tərkibi:
2 kq moruq (malina), 1 kq yarım şəkər tozu, 300 ml soyuq su, limon duzu.
Hazırlanma qaydası:
İlk olaraq moruqlar geniş qaba tökülür, soyuq su ilə yuyulur. Əgər içərisində yarpaq varsa, təmizlənir və süzgəcdən keçirilir. Mürəbbə hazırlanan qaba 300 ml soyuq su və 1 kq şəkər tozu əlavə edilir, yaxşı qarışdırılır və orta təzyiqdə, şəkər tozu əriyənədək qaynadılır.
Sonra ehmalca malinalar şərbətin üzərinə əlavə edilir və qazın təzyiqi artırılır. Mürəbbədə yaranan kəflər təmizlənir və yüksək təzyiqdə təxminən 5-6 dəqiqə qaynadılır. Daha sonra 1 çay qaşığının ucunda limon duzu atılır, qarışdırılır və yenidən 3 dəqiqə qaynadılır.
Bankalar bağlanan qabaqlar qaynar suda 10 dəqiqə qaynadılır, bankalar da strelizə olunaraq, mürəbbə isti-isti qablara tökülür. Soyuması üçün bankanı tərs çevirərək, kənarda qoyulur.
Nuş olsun!