216
13:44
24 İyul 2019

Tikintidə monitorinq - qeyri-rəsmi işləyənlərin sayı açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 141 səyyar monitorinq həyata keçirilib.
APA -nın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 5338, monitorinq edilmiş işəgötürənlərin sayı 288 olub.
Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 21,5% təşkil edib.
Monitorinqlərin keçirilməsindən sonra 119 414 əmək müqaviləsi imzalanıb.