534
13:37
24 İyul 2019

FHN-ə yeni mətbuat katibi təyin olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.
Lent.az Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.
Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.
Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.
FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər.
G.Mehdiyeva mətbuat katibi olaraq ilk açıqlamasını Modern.az-a verib. O, rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:
“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.