24 yaşayış məntəqəsində qaz olmayacaq - <span style="color:red;">RƏSMİ
24 iyul 2019 10:21 (UTC +04:00)

24 yaşayış məntəqəsində qaz olmayacaq - RƏSMİ

Bu gün saat 10:00-dan 15:00-dək Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
 
Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində “Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq. 
 
Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar səhər saat 10.00-dan Ucar rayonunda 6 kənd, Zərdabrayonunda bir qəsəbə və 16 kənd, o cümlədən Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılacaq.
# 1503
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar