Rəqəmsal texnologiya və artıq çəki - ARAŞDIRMA
23 iyul 2019 19:18 (UTC +04:00)

Rəqəmsal texnologiya və artıq çəki - ARAŞDIRMA

 
 
Mobil telefonlardan tutmuş, tabletlər, lap-toplara qədər, müasir dünyanın insanları əvvəllər heç vaxt olmayan qədər sosial mediaya həddən artıq çox vaxt sərf edir. Alimlərin fikrincə texnologiya nə qədər inkişaf edirsə, insanların çəkisi bir o qədər artır.
Siz sosial medianın müxtəlif səhifələrini izləyən zaman vaxtın necə getdiyinə fikir vermisinizmi? 
 
Lent.az "amerikanınsesi"nə istinadla xəbər verir ki, idrak nevrologiyası və psixologiya üzrə araşdırmaçı alim Riçard Lopezin dediyinə görə, rəqəmsal texniologiyanın müxtəlif səhifələrində eyni zamanda mənasız vaxt sərf etmək insanlarda piylənməyə səbəb olur. “Biz mobil telefonların smart-fonlarla əvəz olunmasından sonra böyüklərdə olduğu kimi uşaqlarda da piylənmənin artdığının şahidi olduq.”
 
 
Tədqiqatçılar 18-lə 23 yaşlar arasındakı 132 nəfərin iştirakı ilə sorğu aparıb. Araşdırma iştirakçılarına belə bir sual verilib: Telefondakı bildirişlər diqqətinizi tez-tez yayındırırmı? Tədqiqatçılar həm də iştirakçıların bədən piyini ölçüb. “Biz müəyyən etdik ki, diqqətləri bildirişlərdən tez-tez yayınan adamlarda köklük dərəcəsi və piyin ölçüsü yüksək olur” - deyə, Riçard Lopez bildirir.
 
 
Bundan sonra 72 nəfər iştirakçının beyninin görünüşünə nəzər salındı ki, orada qida da daxil edilməklə, bir-biri ilə əlaqəsi olmayan müxtəlif görüntülər müəyyən edildi. Riçard Lopez: “Biz beynin medida eyni anda bir çox işlə məğul olmasının yemək qəbul edilən sahəyə təsirini müşahidə etdik. Bu an beynin bu hissəsinə daha fəal, özünənəzarət hissəsinə isə daha passiv təsirə malik olur.
 
Alimlər rəqəmsal cihazalrın beyin məşğulluğunun özünənəzarətlə əlaqəsi olub-olmadığını bilmirlər. Lakin onlar cihazların hədsiz çəki artımına təsirinin əlavə tədqiqatına ehtiyac duyulduğunu deyir.
# 635
avatar

Oxşar yazılar