Bakıda nəqliyyatın hərəkət istiqamətləri dəyişəcək - <span style="color:red;">DİQQƏT
23 iyul 2019 14:45 (UTC +04:00)

Bakıda nəqliyyatın hərəkət istiqamətləri dəyişəcək - DİQQƏT

Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.
 
Bu barədə Lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, velosiped yarışlarının keçirilməsi ilə əlaqədar olaraq 23 iyul tarixində saat 16:00-dan 20:00-a qədər Salyan yolunun 14-cü km-dən Bibiheybət məscidinə qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
 
"Eyni zamanda iyulun 24-ü və 25-də əsas yarışların keçirilməsi ilə əlaqədar olaraq Azneft dairəsindən başlayaraq Saylan şosesinin 14-cü km-ə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində olan küçə və prospektlərdə səhər saat 9:00-dan 13:00-a və 16:00-dan 20:00-a qədər nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq".
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.
# 428
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar