186
14:49
23 İyul 2019

Şəki Xan Sarayında işlər yekunlaşdı

"Şəki Xan Sarayının ərazisindəartıq bərpa, təmizlik işləri aparılıb".
Bu barədə Lent.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
O bildirib ki, ağacların budanma prosesi də yekunlaşıb:
"Şəki Xan Sarayının ərazisinə giriş isə digər dövlət qurumları ilə razılaşdırıldıqdan sonra bərpa edilə bilər".
Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb,onlardan biri vəfat edib.