163
16:30
22 İyul 2019

“Sovetski”də söküntü zamanı qaz xətti zədələndi - FOTO

Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.
“Azəriqaz”dan Lent.az -a verilən məlumata görə, yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13.40-da bərpa edilib.
“Azəriqaz” tərəfindən bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.