406
15:02
22 İyul 2019

"Su problemi tam aradan qaldırılıb" - AÇIQLAMA

“Bir neçə gündür ki, Bakı və Abşeronun bəzi ərazilərdə içməli suyun verilməsində yaranan problem aradan qaldırılıb”.
Bu sözləri Lent.az -a açıqlamasında “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində fasilə yaransa da, həmin ərazilərdə artıq əvvəlki rejim bərpa edilib.
A.Cəbrayıllı əlavə edib ki, lokal hallar istisna olmaqla hazırda Bakı, Sumqayıt şəhərləri və ətraf kənd və qəsəbələrə normal qaydada içməli su verilir.