617
13:03
22 İyul 2019

Kirayə mənzil bazarındakı SON VƏZİYYƏT

“Paytaxtda kirayə mənzil bazarında qiymətlər ucuzlaşıb”.
Bu barədə Lent.az -a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, iyun ayında kirayə mənzil qiyməti 8.40 AZN (1 kvadrat metr) təşkil etsə də, iyul ayında bu rəqəm azalaraq 8.21 AZN olub:
“Azalma ay ərzində 2.23 % faiz təşkil edib. Ötən ilin iyun-iyul ayları ilə müqayisədə isə 1.26 % artım olub”.
Ekspert əlavə edib ki, avqust ayının 20-dən sonra kirayə bazarında yenidən canlanma olacaq. Buna səbəb isə yeni tədris ilinin başlanması və tələbələrin paytaxta gəlişi ilə bağlı olacaq.