118
10:58
22 İyul 2019

Azərbaycanlı şagirdlər Böyük Britaniyada 3 bürünc medal qazanıb

11-22 iyulda Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO 2019) Azərbaycan məktəbliləri növbəti uğura imza atıblar.
Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə və Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.