67
10:06
22 İyul 2019

Festival müddətində Təcili Tibbi Yardıma 18 müraciət daxil olub - RƏSMİ

Ayın 19-dan 22-nə qədər "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi Yardım briqadalarına ümumilikdə 18 müraciət olub.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, çağırışlardan 4-ü Atletlər kəndinə, 4-ü qonaqların qaldığı otellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü "Bakı Kristal Zalı"na, 1- İdman Akademiyasına, 1-i Hövsan FHN-ə edilib.
Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəzə, 1 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasınə çatdırılıb. Qalanlara yerində yardım göstərilib. Onlardan 4-ü xarici ölkə, digərləri Azərbaycan vətəndaşlarıdır.