3226
13:40
21 İyul 2019

Yemişin bilmədiyimiz FAYDALARI

Yayın ən sevimli, əvəzolunmaz qidalarından biri də yemişdir. Yemişi xoşlamayan çətin tapılar yəqin ki. Çoxlarının sevimlisi olsa da, yemişin çoxsaylı faydaları haqda yetərincə məlumatlı olanlar azdır. e-tibb.az yemişin faydaları barədə məlumatları təqdim edir:
Yemiş bir çox orqanlara, orqanlar sisteminə faydalıdır. Onun faydalarını saymaqla bitməz. Yemiş gözləri qoruyur, hamilə qalmağa yardım edir, immun sistemini gücləndirir. Artıq çəkidən əziyyət çəkənlər diet proqramlarında yemişə yer verə bilərlər. Az kalorili, liflərlə zəngin olan yemiş bağırsaqların da dostu hesab olunur.
Bir porsiya (150 qram) yemişdə 1,5 qram lif var. Liflərlə zəngin olduğuna görə bağırsaqların fəaliyyətinə faydası böyükdür.
Yemişi səhər yeməyində yemək tövsiyə edilir. Az kalorili olsa da, liflə zəngin olduğuna görə, uzun zaman tox saxlayır.
A vitamini ilə zəngin olan yemişin göz sağlamlığına çox böyük təsiri var, hətta katarakta yaranmasının qarşısını ala bilir.
Yemişdə olan karbohidratın da sağlamlıq üçün hər hansı ziyanının olmadığı bildirilir.
Amma buna baxmayaraq, hesab olunur ki, şəkərli diabet xəstələri yemişi həkimlə məsləhətləşəndən sonra yeyə bilərlər.
Bütün qidalar kimi yemişin də qəbul olunmasının qədəri olmalıdır. İdmanla məşğul olanlar, artıq kilodan əziyyət çəkənlər bir dəfəyə gündə 150 qramdan çox yemiş yeməməlidir...