658
15:15
21 İyul 2019

Sərinləşdirici qarpızlı limonad - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla ləzzətli qarpızlı limonadın resepti ilə tanış edəcəyik.
Tərkibi:
2 kq qarpız, 2 ədəd limon, 3 dolu yemək qaşığı şəkər tozu, təzə nanə (istəyə görə).
Hazırlanma qaydası:
Qarpızın qabıqları təmizləndikdən sonra hissəyə bölünür və qarpız dilimlərinin şirəsi sıxılaraq süzülür. Daha sonra 2 ədəd limonun şirəsi çıxarılır. Şirə süzgəcdən keçirilərək, qarpız suyunun üzərinə tökülür və üzərinə 3 yemək qaşığı şəkər tozu əlavə edilir, qarışdırılır. Şəkərin miqdarı istəyə görə azaldıla və ya çoxaldıla bilər. Həmçinin baldan da istifadə etmək mümkündür.
Ən sonda servis edilən qaba buz, nanə (istəyə görə) qoyulur və üzərinə limonad tökülür.
Nuş olsun!