Reyhan şirəsini belə hazırlayın - <span style="color:red;">Usta sirlərini açır: Lent.az-ın mətbəxi
20 iyul 2019 16:10 (UTC +04:00)

Reyhan şirəsini belə hazırlayın - Usta sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Nenemin Metbexi Ruhiyye Vaqifle” adı ilə məşhur olan səhifəyə istinadla reyhan şirəsi resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
2 dəstə reyhan, 1 stəkan şəkər tozu, yarım limon, darçın çubuğu.
 
Hazırlanma qaydası:
 
Reyhan yuyulur, qalın çubuqları təmizlənərək suyunun tam çəkilməsi üçün dəsmalın üzərinə qoyulur. Sonra 1 litr yarımlıq dolçaya bir stəkan şəkər tozu əlavə edirik (təqribən 1 stəkan suya 1 yemək qaşığı şəkər tozu düşməlidir). Ən sonda reyhanın üzərinə limonun yarısını və bir çubuq darçın atıb, üzərinə qaynar su tökürük. Şirə tam soyuduqdan sonra servis edilə bilər.
 
Nuş olsun!

# 7171
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar