519
13:20
20 İyul 2019

Sabah hava necə olacaq? - PROQNOZ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturuŞimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.