202
20:01
19 İyul 2019

Azərbaycan Prezidenti kommersiya məhkəmələrinin yaradılması haqda qanunu təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.
APA -nın məlumatına görə, Mülki Prosessual Məcəlləyə dəyişiklik kommersiya məhkəmələrinin yaradılması ilə bağlıdır.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.