140
19:56
19 İyul 2019

Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon söhbəti olub

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
APA -nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.