125
10:35
19 İyul 2019

Mətbuat günü pulsuz müayinə

İndiki zamanda xəstəliklər gəncləşdiyi kimi, artmaqda da davam edir. Belə hallarda kəskin xəstəliklər xronikiləşir və xroniki proseslərin müalicəsi uzun zaman aldığına görə xəstəlik sona qədər müalicə olunmaya bilir. Xroniki xəstəliklərin müalicəsində dünyada daha çox təbii üsullardan istifadə edilir (apiterapiya, fitoterapiya, fizioterapiya, akupunktur, hirudoterapiya, küpə terapiya, metabolik korreksiya və s.) və bu prosedurlarla həmçinin profilaktik tədbirlər həyata keçirilir ki, əsas məqsəd xəstələnməməkdir.
Lent.az -ın məlumatına görə, təbii üsullar mərkəzi olan Apifioterapiya mərkəzi silsilə şəklində insanların sağlamlığının keşiyində duraraq fitoterapevt Elnur Eldaroğlunun 22 iyul milli mətbuat günü münasibətilə bütün KİV-lərə ödənişsiz ilkin terapevtik müayinə planlaşdırılır.
Hansı xəstəliklərdən əziyyət çəkənlər bu aksiyadan yararlana bilər?
Qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xoras, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər.
Aksiya müddəti: 24-26 iyul 2019-cu il.
Müraciət üçün əlaqə: Apifioterapiya mərkəzi. Bakı şəhəri, Yasamal rayon. ATV kanalı ilə üz-üzə.