203
11:01
19 İyul 2019

Azərbaycanda yeni internet televiziya yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb.
APA -nın xəbərinə görə, tezliklə maraqlı verilişlər, reportajlar, müzakirələr və müsahibələrlə media ailəsinə qovuşacaq televiziyanın əsas məqsədi ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir.
Tamaşaçılar televiziyanın efirində vətənpərvərlik, araşdırma, təhlil xarakterli verilişlərlə yanaşı, tanınmış siyasətçilər və diaspor nümayəndələri ilə vaxtaşırı müsahibələr, həmçinin sosial-iqtisadi, mədəni sahələrdən proqramlar izləyə biləcək.
“Kanal 5” www.kanal5.az saytı ilə yanaşı, bütün sosial şəbəkələrdə (instagram: @kanal5_tv , facebook: “Kanal 5 tv”, Youtube: “Kanal 5”) yayımlanacaq.