199
18:21
18 İyul 2019

4 prokurorluq əməkdaşı cəzalandırılıb

Bakıda 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

APA -nın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət verilib.