124
17:07
18 İyul 2019

Sumqayıt Regional Vəkil Bürosunun YENİ LAYİHƏSİ

Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Vəkilliyinin 100 illiyi münasibətilə “Vəkillik kursları” layihəsinin icrasına başlayır.
APA -nın məlumatına görə, layihə çərçivəsində ilkin olaraq “Cinayət işləri üzrə praktik vərdişlər” və “Mülki işlər üzrə praktik vərdişlər” mövzusunda 4 günlük ödənişsiz təlimlərin keçirilməsi nəzərə tutulub.
Təlimlər həftənin şənbə və bazar günləri keçiriləcək.