71
13:08
18 İyul 2019

Fitosanitar müşahidələr aparıldı: məhsul itkisinin qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Respublika ərazisində fitosanitar müşahidələr davam etdirilir.
Bu barədə Lent.az -a qurumdan məlumat verilib.
Bildirilib ki, növbəti fitosanitar müşahidələr Tərtər rayonunda dənli-paxlalı bitkilərin saxlanıldığı anbarlarda aparılıb və müvafiq maarifləndirici tədbirlər həyata keçirilib.
Müşahidələr aparılan anbarların bəzilərindən zərərvericilərlə sirayətlənmə halları aşkar edilib və bununla bağlı fumiqasiya tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb. Fumiqasiya tədbirlərinin aparılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fumiqasiya dəstəsinin əməkdaşları işə cəlb olunub, yaranmış problemlər aradan qaldırılaraq, gələcəkdə yarana biləcək məhsul itkisinin qarşısı alınıb.