Fərqli badımcan dolması - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;">Lent.az-ın mətbəxi
17 iyul 2019 17:46 (UTC +04:00)

Fərqli badımcan dolması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla badımcan, bibər, pomidor dolmasının fərqli resepti ilə tanış edəcəyik.
 
Tərkibi:
 
4 ədəd yaşıl bibər, 5 ədəd pomidor, 5 ədəd badımcan, 1 ədəd iri soğan, 1/2 dəstə yaşıl reyhan, 2-3 sap keşniş, şüyüd, 1 yemək qaşığı yumru düyü, 2 yemək qaşığı kərə yağı, 3-4 yemək qaşığı duru yağ, 600 qr. dana əti.
 
Badımcanları qızartmaq üçün 2-3 yemək qaşığı duru yağ, dolmanın üzəri üçün 1 ədəd pomidor, duz, qara istiot, sarıkök, qırmızı istiot.
 
Hazırlanma qaydası:
 
İlk olaraq tərəvəzlər yuyulur. Badımcanların saplağı təmizlənilir, orta hissəsinə kəsik atılır və duzlayıb acısının çıxması üçün kənarda gözlədilir. Bibərin baş hissəsi qapaq şəkildə kəsilərək, içərisi təmizlənib yuyulur. Pomidorları da eyni qayda da kəsdikdən sonra sulu hissəsi çıxardılır. Dolma bişiriləcək qazana biraz duru yağ əlavə edilir. Yuyub qurulanan badımcanlar vam xodda azacıq yumşalana qədər qızardılır və götürülür. 
 
İçlik üçün bir ədəd iri soğanı kub-kub, yarım dəstə yaşıl reyhan və 2-3 sap keşniş, şüyüd və bişirilən 600 qram dana əti də xırda doğranılır. Tavaya 2 yemək qaşığı kərə yağı, 3-4 yemək qaşığı duru yağ, soğan əlavə edilir və soğan qızardıqda doğranılan ətlər əlavə edilir. Ardından pomidorun içliyi əlavə edilir və suyu quruyana qədər qarışdırılır. Zövqə görə duz, qara istiot, sarıkök və qırmızı istiot əlavə edib, qarışdırılır və ocaqdan götürülür. Üzərinə doğranılan göyərti və 1 yemək qaşığı yumru düyü əlavə edilib, qarışdırılır. Əvvəlcədən hazırlanan tərəvəzlərə içlik əlavə edilir və son olaraq qabığı soyulan pomidor blenderdən və ya rəndədən keçirilərək qazana əlavə edilir. 
 
Nuş olsun!

# 9056
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar