879
10:57
17 İyul 2019

DİQQƏT! - İxtisas seçimi zamanı bunları mütləq NƏZƏRƏ ALIN

"I ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı 3939 nəfərdir".
Lent.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib ki, ümumilikdə IV ixtisas qrupu üzrə iaə 650-dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı 1831 nəfər olub:
"Bununla da iki qrup üzrə 2018-ci illə müqayisədə yüksək bal toplayanların sayı azalıb.
Belə ki, I ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyent - 1 nəfər,
680-690 arası bal toplayan abituriyent - 14 nəfər,
670-680 arası bal toplayan abituriyent - 29 nəfər,
660-670 arası bal toplayan abituriyent - 46 nəfər,
650-600 arası bal toplayan abituriyent - 53 nəfər.
IV ixtisas qrupu üzrə 690-700 arası bal toplayan abituriyent - 3 nəfər,
680-690 arası bal toplayan abituriyent - 111 nəfər,
670-680 arası bal toplayan abituriyent - 22 nəfər,
660-670 arası bal toplayan abituriyent - 26 nəfər,
650-600 arası bal toplayan abituriyent - 39 nəfər olub".
Ekspert əlavə edib ki, 2019-cu ildə ixtisaslar üzrə keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək.