168
11:07
17 İyul 2019

Bu il üçün əkiz və üçəm doğulanların SAYI

Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56254 doğulan körpə qeydə alınıb.

Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.