310
11:13
17 İyul 2019

Orta aylıq əməkhaqları artdı

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib.
Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, əməkhaqqı neft sektorunda 3168,5 manat, qeyri neftqaz sektorunda 524,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 471,9 manat, özəl müəssisələrdə isə 730,3 manat olub.