206
10:20
17 İyul 2019

Son 21 ilin ən yüksək göstəricisi QEYDƏ ALINDI

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 252,5 min ton, süd istehsalı 2,0 faiz artaraq 1037,2 min ton, yumurta istehsalı 4,5 faiz artaraq 926,9 milyon ədəd və yun istehsalı 0,8 faiz artaraq 14,6 min ton olub.

Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bundan başqa, ölkədə 636,6 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.