100
10:15
17 İyul 2019

Bu ilin 5 ayında istifadəyə verilən obyektlərin SİYAHISI

Bu ilin 5 ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1757,2 milyon manat vəsait yönəldilib.

Bu barədə Lent.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Həmçinin bildirilib ki, 2019-cu ilin yanvar-iyun aylarında Bakı şəhərində Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli - Eyvazalılar - Birinci Aşıqlı - Əlinəzərli və Mingəçevir - Stansiya Mingəçevir - Bəhrəmtəpə - Beyləqan avtomobil yolları, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.