265
14:18
16 İyul 2019

“WikiLeaks”in yaradıcısı ölüm hökmü olan heç bir ölkəyə təhvil verilməyəcək

"“WikiLeaks”in yaradıcısı Culian Assanj ölüm hökmü olan heç bir ölkəyə təhvil verilməyəcək".
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Alan Dankan mətbuat konfransında bildirib.
“Culian Assanj ölüm cəzası tətbiq edilən heç bir ölkəyə təhvil verilməyəcək. Böyük Britaniya və Ekvador arasında bununla bağlı razılıq əldə olunub", - A.Dankan qeyd edib.
Qeyd edək ki, mayın 1-də London məhkəməsi C.Assanjı girov zəminində azadlığa buraxılma şərtlərini pozduğuna görə 50 həftə azadlıqdan məhrum edib. Hazırda onun ABŞ-a ekstradisiya edilməsi məsələsi müzakirə edilir. ABŞ Ədliyyə Nazirliyinin ittihamlarına əsasən, C.Assanj haker fəaliyyətinə görə 175 ilədək azadlıqdan məhrum edilə bilər.