268
11:43
16 İyul 2019

Paytaxtdakı ağaclar budanırmı? - RƏSMİ CAVAB

“Ağacların budanması noyabr ayından başlayaraq aprel ayına qədər davam edir”.
Bu sözləri Lent.az -a açıqlamasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. O bildirib ki, sözügedən aylarda ağacdakı aktiv inkişaf fazası dayanır:
“Bu səbəbdən də ağac üzərində rahat istənilən əməliyyat aparıla bilir. Ancaq, hazırda da qurumumuz tərəfindən budama işləri görülür. Məsələn, qəzalı ağacı müəyyən etdikdə qeryri-budama mövsümü olmasına baxmayaraq, müstəsna hal kimi qəbul edərək, onu budayırıq. Bu isə xoşagəlməz hadisələrin baş verməsinin qarşısını alır”.
O.Məmmədov əlavə edib ki, ağaclardakı qəzalı vəziyyəti görən vətəndaşların da müraciətləri nəzərə alınır:
“Paytaxtın hansı ərazisi olmasından asılı olmadan hər bir vətəndaş 012-570-73-30 nömrəsi ilə əlaqə saxlayaraq bizə məlumat verə bilər. Alınan məlumatdan daha sonra isə işçilərimiz operativ olaraq həmin ərazidə olaraq təhlükəli vəziyyəti aradan qaldırırlar”.