Gürcüstan XİN Keşikçidağ ətrafındakı insidentlə bağlı bəyanat yayıb
16 iyul 2019 03:59 (UTC +04:00)

Gürcüstan XİN Keşikçidağ ətrafındakı insidentlə bağlı bəyanat yayıb

 

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan-Gürcüstan sərhədindəki Keşikçidağ məbəd kompleksi ətrafında baş vermiş insidentə münasibət bildirib.

APA xəbər verir ki, nazirlik baş verənlərin iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinə uyğun olmadığını hesab edir.

“Bu cür insidentlər iki ölkənin mövcud strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, öz növbəsində ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri davam etdirilməlidir, Gürcüstan tərəfi də bu işdə tam hazırlığını nümayiş etdirir”, - deyə Gürcüstan XİN-in açıqlamasında qeyd olunur.

Gürcüstan rəsmiləri, həmçinin ictimaiyyəti təxribatçı addımlardan çəkinməyə və iki ölkə arasında danışıqların sakit şəraitdə aparılmasına mane olmamağa çağırıb.

# 702
avatar

Oxşar yazılar