Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı <span style="color:red;">YENİ XƏBƏR
15 iyul 2019 15:51 (UTC +04:00)

Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı YENİ XƏBƏR

Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı, Kliniki Tibbi Mərkəzdə müalicə alan əcnəbilər özəl xəstəxanaya köçürülüb.
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Suriya vətəndaşları Farik Al Hasan, Sara Hasan və Samirə Hasan öz xahişləri ilə özəl xəstəxanaların birinə köçürülüb. 
 
Bundan başqa Kliniki Tibbi Mərkəzdə hazırda İlkin Məmmədovun müalicəsi davam edir. O, reanimasiya şöbəsindədir.
 
Qeyd edək ki,  iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan şəxslərin üzərinə düşüb.
 
Hadisə nəticəsində yaralanan 4 nəfər helikopter vasitəsi ilə paytaxta gətirilib. Digərləri isə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
# 960
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar