Rusiya azərbaycanlıları etiraza başladı - SƏBƏB
15 iyul 2019 13:38 (UTC +04:00)

Rusiya azərbaycanlıları etiraza başladı - SƏBƏB

 
 
Rusiyada yaşayan azərbaycanlılar ölkənin ən böyük mobil operatoru olan “Meqafon”u boykot aksiyasına başlayıblar.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Meqafon"un Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərdiyinə və qondarma “Dağlıq Qarabağ Respublikası” üçün kommunikasiya xidmətləri təklif etdiyinə görə, Rusiyada yaşayan azərbaycanlılar mobil operatoru boykot aksiyası təşkil ediblər.
 
Sosial şəbəkələrdə "#boykotmegafon" həştəqi ilə başladılan aksiyaya yüzlərlə diaspor nümayəndəsi qoşulub.
 
Qeyd edək ki, “Meqafon” mobil operatoru Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edib və öz saytında qondarma “Dağlıq Qarabağı” müstəqil dövlət kimi göstərib. Rusiyada yaşayan azərbaycanlılar "Vkontakte" və digər sosial şəbəkələr vasitəsi ilə “Meqafon” istifadəçisi olan həmyerlilərimizi bu mobil operatorun xidmətlərindən imtina etməyə çağırıblar.
# 706
avatar

Oxşar yazılar