Özünü dənizə atan 17 yaşlı qız xilas edildi - YENİLƏNİB
14 iyul 2019 19:31 (UTC +04:00)

Özünü dənizə atan 17 yaşlı qız xilas edildi - YENİLƏNİB

 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
 
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
 
19:19
 
Sumqayıtda intihara cəhd olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə dənizkənarı bulvarda qeydə alınıb.
 
Bir gənc qız özünü dənizə atıb. Dərhal əraziyə xilasedicilər cəlb edilib və o, sudan çıxarılıb.
 
İntihara cəhd edən şəxsin 2002-ci il təvəllüdlü Günəş Umudova olduğu müəyyən edilib. G. Umudova Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır.
# 589
avatar

Oxşar yazılar