527
18:24
13 İyul 2019

Nepalda daşqın: 32 ölü, 12 yaralı, 17 itkin...

Nepalda ötən gün axşam saatlarından başlayan güclü yağışlardan sonra meydana gələn daşqın və sürüşmələr nəticəsində 32 nəfər ölüb.
APA-nın Çinin Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, Nepal Daxili İşlər Nazirliyi təbii fəlakət nəticəsində 12 nəfərin yaralandığını, 17 nəfərin isə itkin düşdüyünü bildirib.
Güclü yağış ölkənin 21 rayonunda ciddi fəsadlara səbəb olub.