603
13:47
13 İyul 2019

Bu universitetdə YENİ İXTİSASLAR yaradılacaq

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) iki yeni ixtisas üzrə mütəxəssislər hazırlayacaq.
APA -Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında universitetin rektoru İbrahim Cəfərov deyib.
Onun sözlərinə görə, hazırda Universitetdə - aqronomluq, aqrotexnoloji, baytarlıq təbabəti və zoomühəndislik, aqrar mühəndislik, iqtisadiyyat və biznesin idarəedilməsi fakültələri var.
"Universitetdə 5500-dən çox tələbə təhsil alır. 31 ixtisas üzrə mütəxəssislər hazırlanır. Bir il öncə siyahıya şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisasları əlavə edildi. Bu gün daha iki ixtisasa böyük ehtiyac duyulur. Söhbət arıçılıq və ipəkçilik ixtisasından gedir ki, həmin ixtisasların yaradılması gündəmdədir”, - rektor qeyd edib.
İ.Cəfərov əlavə edib ki, pambıqçılıq ixtisası üzrə də təklif irəli sürülüb və bu məsələ hazırda baxılma mərhələsindədir.
Rektor onu da qeyd edib ki, ötən il universitetə 1307 tələbə qəbul olub, onlardan 907 tələbə kənd təsərrüfat yönümlü ixtisaslar üzrə dövlət sifarişi hesabına təhsil alır.