388
12:40
13 İyul 2019

“Temperatur ötən ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır” - Umayra Tağıyeva

“Ötən ilin iyul ayı ilə müqayisədə bu il iyul ayı daha sərin keçir”.
Bunu APA -ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, hazırda temperatur rejimi 2018-ci ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır.
“Hazırda ölkə ərazisində kifayət qədər sərin hava şəraiti müşahidə olunur”, - U.Tağıyeva qeyd edib.