186
12:46
10 İyul 2019

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

“Azərbaycan Dəmir Yolları” QSC iyulun 15-dən etibarən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlinə dəyişiklik edəcək.
QSC-dən “ APA -Economics”ə verilən məlumata görə, Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar Bakıdan iyulun 15-dən, Böyük Kəsikdən isə iyulun 16-dan etibarən 666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.
Qatar Bakıdan saat 23:00-da yola düşəcək, saat 06:30-da Bakıya çatacaq.
Qatar Böyük Kəsikə saat 08:50-də çatacaq, saat 20:20-də Böyük Kəsikdən yola düşəcək.