648
14:10
08 İyul 2019

Maşınları bəzəmək olar? - Qadağalar AÇIQLANDI

Son vaxtlar sürücülər arasında minik maşınlarını bəzəyənlərin, yəni müxtəlif işarələrin, eləcə də fotoların, bəzək aksesuarlarının avtomobillər üzərində istifadə edilməsi halları artıb.
Görəsən, qanunda bununla bağlı hansısa qadağalar və ya məhdudiyyətlər varmı?
Mövzu ilə əlaqədar Lent.az -a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, qanunla avtomobilin rəng qrafikası pozulmamalıdır:
“Həmçinin qanun deyir ki, işıq cihazları standartın tələblərinə uyğun olmalıdır və eyni zamanda nəqliyyat vasitəsinin idarəedilməsi ilə bağlı onun texniki göstəricisinə maneə yaradacaq - konstruksiya dəyişikliyi etmək olmaz.
Sadalananlardan başqa digər bəzək əşyalarının əks olunması barədə isə heç bir məhdudiyyət yoxdur”.